Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 13:19:00
Dövlət peşə təhsili müəssisələri üçün dərsliklər çap olunacaq-Təhsil Nazirliyi  

2020-2021-ci tədris ilinə dövlət peşə təhsili müəssisələri üçün dərsliklər çap olunması nəzərdə tutulur.

Təhsil Nazirliyindən  bildirilib ki, bu tədris ili üçün peşə təhsili üzrə 96 adda 185 699 nüsxə dərsliyin çapı planlaşdırılır.

Xatırladaq ki, peşə ixtisasları üzrə mövcud dərsliklərin bəzisi e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. Ümumilikdə 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.