Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 12:35:36
Polşa və İtaliyada oxumaq istəyənlər üçün qızıl qaydalar – Ekspertdən tövsiyələr

“2018-ci ildən etibarən, Türkiyə Cümhuriyyəti tərəfindən hazırlanan yeni qanunla ölkədə təhsil alan əcnəbi tələbələrə sərbəst şəkildə çalışma izninin (iş icazəsi) verilməsi onların bu ölkəyə marağının artmasına səbəb olacaq”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə mütəxəssis Emin Səfərov deyib. O, azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkələri, bunun əsas səbəblərini izah edib:

“Tələbələr  Türkiyə, Polşa və İtaliya kimi ölkələrdə təhsil almağa daha çox üstünlük verirlər. Bunun bir sıra səbəbləri var. Ən başlıca faktor Türkiyənin Azərbaycanla dostluq, siyasi və iqtisadi münasibətlərinin olması, hər iki ölkə vətəndaşlarının paylaşdığı ortaq mentalitet, adət-ənənə, mədəni və irsi dəyərlər, o cümlədən ortaq siyasi və ekonomik faktorlardır.

2018-ci ildən etibarən Türkiyə Cümhuriyyəti tərəfindən hazırlanan yeni qanunla ölkədə təhsil alan əcnəbi tələbələrə sərbəst şəkildə çalışma izninin – işləmək hüququ - verilməsi onların bu ölkəyə marağının artmasına səbəb olacaq. Dünyanın ən güclü innovativ, son texnologiyalarla təchiz olunmuş ali məktəblərində təhsil almaq, məzun olduqdan sonra həm ölkə daxilində, həm də xaridə iş imkanlarının yaranması Türkiyəni digər ölkələrdən fərqləndirən əsas cəhətlərdir”.

O, Polşa və İtaliyanın tələbələri cəlb edən üstünlüklərinə aydınlıq gətirib:

“Azərbaycanlı tələbələrin ən çox üz tutduğu ikinci ölkə Polşadır. Buranın əsas cəlbedici tərəfi  Avropa Birliyinə üzv olması, ölkədə kifayət qədər iş imkanlarının mövcudluğu, tələbələr üçün xeyli endirim və güzəştlərin tətbiqidir. Tələbələr burada təhsil alaraq təhsilhaqqındakı  endirimlər, 28 ölkəyə rahat səyahət imkanları və s. kimi fürsətlərdən yararlana bilərlər.

İtaliyada təhsil deyiləndə isə  ilk ağla gələn təqaüd proqramlarının çoxluğu olur. İtaliya Avropanın turizm və mədəniyyət beşiyi olması, siyasi partiyalarının adlarının beynəlxalq arenada daha çox hallanması, hər sahə üzrə spesifik tədris materiallarının çoxluğu və zəngin araşdırma metodlarını dəstəkləyən kitabxanalar, muzeylər, tarixi yaşadan abidələrin mövcudluğu ilə fərqlənir. İtaliyada oxuyan tələbələr hər il dünyanın diqqət mərkəzində olan “fahsion week”də iştirak etmək imkanı qazanırlar”.

Koordinatorun sözlərinə görə bu ölkələrə müraciət edən tələbə həm də müəyyən çətinliklərlə üzləşir ki, təhsil almağa gedərkən bunları gözə almalıdır:

“Ümumiyyətlə, xaricdə təhsil alan tələbənin əsas çətinliyi adaptasiya və uyğunlaşmaqla bağlı olur. Tələbə Türkiyədə yerli dildə təhsil alacaqsa təbii ki, türk terminologiyasında çətinlik çəkəcək. Türkiyədə başqa hansısa çətinliyin olacağına inanmıram. Ümumiyyətlə, tələbə əcnəbi ölkədə ailəsindən ayrı qaldığına görə müəyyən çətinliklərlə üzləşir. Türkiyədə kulinariyaya uyğunlaşmaq da bir qədər çətinlik yaradır. Çünkin orada daha kalorili və yağsız yeməklərə üstünlük verilir. Tələbə çox vaxt ölkəsindəki dadı olduğu ölkədə tapa bilmir, fərqlərlə rastlaşır.

Polşada isə əsas problem hava şəraitinin bizimlə müqayisədə çox soyuq olmasıdır. Orada millət bir qədər nasistdir. Polşanın ölkə olaraq büdcəsi çox da yaxşı təşkil olunmayıb. Amma yaxşı tərəflərindən biri iş imkanlarının  çox olmasıdır. Ölkədə tələbələr üçün hər şey ucuzdur.

İtaliyada tələbələrin əsas problemi dil, adaptasiyadır. İtalyan dili bilməyən biri üçün iş imkanları azdır. Bir qədər irqçilik problemi də var. Vizaya müraciətdə çox problemlər yaşanır. Amma bunları həll etmək olur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları