Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 10:14:00
BDU-da onlayn yay imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən start götürən yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.


AzEdu.az  xəbər verir ki, iyulun 1-də bakalavriat pilləsində təhsil alan 86 qrup üzrə 2060 (93 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 59 ixtisaslaşmada 32 fənn üzrə 193 magistrant imtahan verib.
BDU-nun Qazax flialında isə 384 tələbə imtahanlarda iştirak edib.


Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.


İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Sessiya iyulun 10-da yekunlaşacaq.