Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 09:50:00
Duala bənzər peşə təhsili istiqaməti üzrə layihə çərçivəsində görüş

"Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin sonuncu görüşü keçirilib.

 

Onlayn formatda təşkil edilən görüşdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, pilot peşə təhsili mərkəzlərinin nümayəndələri, pilot rayonların Məşvərət Şuralarının sədrləri, ED VET layihəsinin ekspertləri iştirak ediblər.

 

Görüşdə layihə heyəti son hesabat dövründə görülən işlər, layihə müddətində qazanılan təcrübə barədə məlumatları bölüşüblər. Həmçinin pilot peşə təhsili müəssisələrinin və layihə çərçivəsində ərsəyə gələn Məşvərət Şuralarının sədrləri ED VET layihəsi sayəsində əldə etdikləri nailiyyətlər barədə iştirakçıları məlumatlandırıblar.

 

Sonda müstəqil ekspertlər tərəfindən layihənin nəticələrinin qiymətləndirməsinin yekunu barədə təqdimat olub.

 

Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində "Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH" tərəfindən icra olunur.