Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 18:00:00
Dövlət qulluğuna qəbul üzrə onlayn müsahibələrin keçirilməsinə başlanılıb - FOTOLAR

Məlum olduğu kimi, dövlət qulluğuna qəbul olmaq üçün 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələri təxirə salınmış namizədlərlə onlayn müsahibələrin keçirilməsi üçün DİM tərəfindən 12-30 iyun tarixlərində elektron qeydiyyat aparılıb.

 

AzEdu.az  xəbər verir ki, 1 iyul 2020-ci il tarixindən etibarən namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb. 

 

Qeyd edək ki, müsahibələrin onlayn qaydada təşkili ilə bağlı təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maska ilə və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilib.

 

Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin müvafiq inzibati binalarında xüsusi proqram təminatı vasitəsilə qoşulurlar. Burada namizədlər müsahibənin keçirilməsi üçün lazım olan zəruri avadanlıqlarla təchiz edilirlər, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir.

 

Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müsahibənin gedişi müzakirə edilir və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.