https://www.zirve.edu.az/
01.07.2020 17:03
Xaricdə doktorantura təhsili alan şəxslərin ailə üzvlərinin yaşayış xərcləri ödənilməyəcək
Çap et

Təhsil Nazirliyi xaricdə təhsillə bağlı doktorantura proqramına qəbul olunan şəxslərin ailə üzvlərinin yaşayış xərclərinin ödənilib-ödənilməməsi məsələsinə aydınlıq gətirib. 

 

AzEdu.az  xəbər verir ki, “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, dünya təcrübəsinə baxanda da bu təqaüd fərdə verilən təqaüddür:

 

“Bu, əmək haqqı deyil, ailənin təminatı üçün verilən məbləğ deyil, dünyanın heç bir yerində belə yanaşma yoxdur. Dövlət sözsüz ki, bunların hamısını ödəyə bilməz. Ona görə yalnız fərdin özünün təhsil haqqı və yaşayış xərci ödənilir. Bunun başqa alternativ yolları var, tələbələr həm də çalışaraq ailə xərclərini ödəyə bilərlər. Təhsil Nazirliyi həmin tələbələrin işləməsinə məhdudiyyət qoymur, məhdudiyyəti ancaq həmin dövlət qoya bilər. Məsələn, Amerikada təhsil vizası olanların yalnız 20 saat işləmə icazəsi var, bu, ölkədən-ölkəyə dəyişə bilər. Kanadada işçi vizası da verilir və həmin tələbələr işçi sayılır”.