Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 15:43:00
Xaricdə oxuyan tələbələrin təhsil haqqı ilə bağlı vacib açıqlama- RƏSMİ

“Sentyabr ayından başlayaraq xaricdə təhsil alan tələbələrin maliyyələşməsi həyata keçiriləcək”.

 

Azedu.az-ın məlumatına görə,  Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib.

 

O qeyd edib ki, bu da yaxın illər ərzində ən yüksək səviyyəli təhsil alan 500-ə yaxın azərbaycanlı tələbələrin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün də növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.