Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 14:16:00
AzTU məzununun uğur hekayəsi 

Taleh Kazımov Azərbaycan Texniki Universitetinin (AzTU) “Avtomatika və hesablama texnikası” fakültəsinin (indiki İnformasiya və telekommunikasiya texnologiyaları) bakalavr pilləsini bitirib, daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA, Georgia State University-də isə  kommersiya üzrə dərəcə alıb. 2013 ildə “London Business School”un (Böyük Britaniya) və “Harvard Business School”un (ABŞ) məzunu olub.

 

AzEdu.az  xəbər verir ki, peşəkar fəaliyyətə 2001-ci ildən başlayıb. 2004-2006 –cı illərdə “Bank Standard” QSC-də bir sıra vəzifələrdə çalışıb.

 

Müxtəlif illərdə “Ernst & Young” şirkətində auditor, “FinEko” İAA-nın baş direktoru, “PAŞA Bank” da Risklərin idarəedilməsi departamentinin meneceri vəzifələrində işləyib.

 

2009-ci ildən “PAŞA Bank”ın Xəzinədarlıq departamentinin direktorudur.

 

Hazırda “PAŞA Bank”ın korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasındadır.

 

2011-ci ildə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü , 2015-ci ildə isə sədri seçilib.