Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 11:35:45
II ixtisas qrupu üzrə qəbul imtahanından 50% abituriyent kəsilib? –RƏSMİ Cavab  

Xəbər verdiyimiz kimi qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İkinci mərhələdə iştirak edəcək abituriyentlər üçün mayın 17-dən başlayan elektron qeydiyyat  iyunun 14-nə qədər davam edəcək.

Yaz qəbul imtahanlarının nəticələri elan oldunduqdan sonra abituriyentlər və valideynlər arasında müxtəlif şayələr yayılıb. Məlumata görə II ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin 50%-dən çoxu  minimal keçid balını toplaya bilməyib. Sözügedən ixtisas qrupu üzrə keçid balının endirilməsinin  nəzərdə tutulduğu da iddia edilir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. DİM-in mətbuat xidmətindən  AzEdu.az-a verilən məlumata görə yayılan informasiyalar həqiqəti əks etdirmir və tamamilə dezinformasiyadır.

Qeyd edək ki, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd verən 36559 abituriyentdən 630 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 31 nəfəri  qaydaları pozduqlarına görə binadan xaric olunub və nəticələri ləğv edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları