Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 12:34:00
ADAU və Türkiyənin Ərciyəz Universitetinin rektorlarının onlayn görüşü keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Türkiyənin Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış arasında onlayn görüş keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AzEdu.az-a bildirilib ki, görüşün məqsədi təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi olub.

 

Rektor, professor Mustafa Çalış çıxış edərək ADAU-da əldə olunan nailiyyətləri, onun potensial imkanlarını nəzərə alaraq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib.

 

ADAU-nun rektoru, professor İbrahim Cəfərov bütün sahələrdə, o cümlədən ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib, bütövlükdə əməkdaşlığın genişləndirilməsi üçün universitetdə mövcud olan imkanlar barədə təqdimat edib.