Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 12:07:00
UNEC-in müəllim və tələbələrinin birgə startapı: “Speak.az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  müəllimi və tələbələri “Speak.az” danışıq startapı yaradıblar.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, xarici dildə onlayn danışıq platforması olan “Speak.az”ın reallaşdırılmasında məqsəd yerləşdiyi məkandan asılı olmayaraq, istifadəçilərə müxtəlif dillər üzrə onlayn danışıq dərsləri keçməklə dil biliklərinin yüksəldilməsinə dəstək göstərməkdir.

 

“Speak.az” platformasına qoşulan istifadəçilər ingilis, rus və yapon dilləri izrə danışıq səviyyələrini daha da yüksəldə biləcəklər. Dərslər yerli və əcnəbi moderatorlar tərəfindən aparılır.

 

Dərslər həftənin 6 günü (I-VI) saat 18.00-23.00-dək təşkil edilir. Hər dərsin müddəti 1 saatdır və qrup üzrə maksimal iştirakçı sayı 5 nəfərdir. İstifadəçilər dərslərə qoşulmadan öncə onların xarici dil üzrə bilik səviyyəsi müəyyənləşdiriləcək və  səviyyələrinə uyğun qruplara qatılacaqlar. Platformanın funksionallığı sayəsində istifadəçilərə öncədən moderatorlarla və mövzularla tanış olmaq imkanı, eləcə də qatılmaq istədikləri onlayn dərsdə yerini öncədən “rezerv” etmək imkanı yaradılıb. İstifadəçilər saytda 1 günlük sınaq müddətini aktivləşdirərək istənilən dərsə qatılıb tədris prosesində iştirak edə bilərlər.

 

Sentyabr ayından etibarən, platformaya alman, ispan, italyan, fransız, Çin və Koreya dillərinin də əlavə olunması nəzərdə tutulub.

 

Qeyd olunub ki, startapda fəaliyyət göstərən tələbə-moderatorlar ABŞ və Avropada təhsil alıblar, eləcə də həmin ölkələrdə fəaliyyət göstəriblər.

 

Layihə UNEC-in gənc müəllimi, Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və UNEC məzunu Fəqan Çələbizadə tərəfindən yaradılıb. İdarəetmə komandasında isə UNEC SABAH Qruplarının tələbələri Şamil İsmayılov və Əliağa İbadullayev təmsil olunurlar.