Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 11:14:00
Hədəf Onlayn məktəbi şagirdləri 2 aylıq interaktiv yay məktəbinə dəvət edir!

Onlayn Yay Məktəbini təşkil etməkdə məqsəd COVİD-19 problemini yaşadığımız bir dövrdə şagirdlərin tətilini səmərəli keçirmələrinə yardım etməkdir.

 

AzEdu.az xəbər verir ki, dərslər interaktiv metodlarla keçirilərək şagirdlərin dünyagörüşünün inkişafına, biliyinin möhkəmlənməsinə, mütailə qabiliyyətlərinin artırılmasına, yaradıcılıq imkanlarının genişlənməsinə, müxtəlif rayonlarımızdan olan həmyaşıdları ilə dostlaşmasına xidmət edəcək. Bundan başqa, övladlarınız ölkəmizin tanınmış ictimai xadimləri, elm və sənət adamları ilə canlı təmasda olacaq, onları maraqlandıran suallara cavab tapacaqlar.

Hədəf Onlayn məktəbini uğurla başa vuran şagirdlər yay məktəbinin sonunda öyrəndikləri əsasında imtahana girərək, sertifikat və müxtəlif mükafatlar əldə edəcəklər.

 

  1. Yay məktəbi həftənin 3 günü, hər gün 3 saat (həftədə 9, iki ayda 72 saat) olmaqla keçiriləcək.

 

  1. 10 nəfərlik qruplar siniflərə görə müəyyən ediləcək. (2-8–ci siniflər)

 

  1. A) 2-4 cü siniflərdə 3 saat ingilis dili, 2 saat riyaziyyat, 1 saat dəyərlər, 1 saat özündüzəlt, 2 saat nitq mədəniyyəti

 

  1. B) 5-8 ci siniflərdə 3 saat ingilis dili, 2 saat riyaziyyat, 1 saat nitq mədəniyyəti, 1 saat düşüncə, 1 saat kodlaşdırma, 1 saat özündüzəlt.

 

  1. Hər ayın sonu “Ailələr yarışır” adlı intellektual oyun keçiriləcək, qalib ailələr kitab dəsti qazanacaqlar.

 

Aşağıdakı linkə daxil olaraq formu doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün son tarix: 11 iyul 2020.

http://hedefliseyi.edu.az/onlineyaymektebi2020

http://hedefliseyi.edu.az/

+994 (50/70) 272 2018⠀⠀⠀⠀⠀⠀⠀⠀

Tbilisi pr. 72⠀⠀⠀⠀⠀⠀⠀⠀

Abşeron ray.,Masazır qəs., "Bağçalı evlər" yaşayış kompleksi