Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 18:24:00
AZAL-dan tələbələrə güzəşt tətbiq olunur

“Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”.

 

 AzEdu.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, digər ölkələrdə yoluxmanın qarşısının alınması üçün qaydalar var: “Ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər”.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yay dövründə tələbələr tərəfindən müraciətlər daxil olur: “İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur”.