Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 16:56:00
Şahmatçılarımız neçəncidir? - FİDE-nin yeni reytinq siyahısı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

 

AzEdu.az-ın məlumatına görə, Qol.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

 

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki  yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.

 

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 89-cu pillədə qərarlaşıblar.

 

Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2791) 3-cüdür.

 

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443 xal) 29-cu, Gülnar Məmmədova (2382) 76-cı, qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sırada qərarlaşıblar.