Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 14:45:00
Rektor Vilayət Vəliyev məzunları videoformatda təbrik etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev "Məzun günü" münasibətilə tələbələri videoformatda təbrik edib.

 

AzEdu.az xəbər verir ki, rektor bildirib ki, bu il AzTU-nu ümumilikdə 2000 bakalavr və magistr, kollecləri isə 500-ə yaxın tələbə bitirir. Məzunların universitetin gələcək həyatında yaxından iştirakı üçün Elmi Şuranın növbəti iclasında "Məzun proqramı" və "Məzun məcəlləsi"nin qəbul olunacağı da videoda qeyd olunub.