Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 14:32:00
Xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkilinə dair müzakirə aparılacaq

İyulun 1-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransı keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlayn mətbuat konfransı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi və internet saytı üzərindən canlı yayımlanacaq.