Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 13:00:00
Qəbul olan bakalavrlar boş qalan yerlərin seçiminə buraxılır?-DİM

Abituriyent qəbul olduqdan sonra qazandığı yerdən imtina edib ikinci turda iştirak edə bilərmi?

 

DİM: Qəbul olan bakalavrlar boş qalan yerlərin seçiminə buraxılmırlar.

 

İkinci turda proqram dəyişdirmək mümkündür?

 

DİM: Bəli, birinci turda təqdim olunan proqramlardan hər hansı birini seçib həmin proqrama daxil olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak edən, lakin müsabiqədən keçməyən bakalavrlar boş plan yerləri varsa, ikinci turda yenidən həmin proqramı və ona aid ixtisaslaşmaları və ya bakalavr ixtisasına uyğun olan proqramlardan digər birinə aid ixtisaslaşmaları seçə bilərlər. Bakalavrlar ikinci turda da yalnız bir proqrama aid ixtisaslaşmaları qeyd edə bilərlər. Xatırladaq ki, "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" 3 nömrəli “Magistr” jurnalında dərc olunub.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları