Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 12:45:00
Çinli alimlər pandemiyaya səbəb ola biləcək qrip ştammı aşkar edib

Çinli alimlər potensial olaraq yeni pandemiyaya səbəb ola biləcək və indiyə qədər naməlum olan “donuz qripi” ştammı aşkar ediblər.


Bu barədə ABŞ-ın “Proceedings of National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırmada deyilir.


Alimlər 2011-ci ildən 2018-ci ilə qədər Çində donuzlarda qrip viruslarına dair aktiv araşdırma apardıqlarını, bu müddət ərzində ölkənin 10 əyalətində donuzlardan təxminən 30 min burun yaxması götürdüklərini və donuz qripinə səbəb olan 179 virus müəyyən etdiklərini bildiriblər.

 

Araşdırmalar zamanı alimlər 2009-cu il pandemiyasına səbəb olan H1N1 virusunun pdm09 genini daşıyan qrip virusunun yeni yaranan ştammını müəyyən ediblər. G4 EA H1N1 adlandırılan ştamm donuz populyasiyasında 2016-cı ildən bəri geniş yayılıb.

 

Bundan əlavə, əhalinin seroloji tədqiqatları nəticəsində donuzlarla işləyən təsərrüfat işçilərinin 10,4%-nin (338-dən 35-i) G4 EA H1N1 virusuna qarşı antikorları olduğu müəyyən edilib. Əksər hallarda antikorlar 18-35 yaş arası insanlarda təsbit edilib.

 

“Belə yoluxma xüsusiyyəti bu virusun insan orqanizmində uyğunlaşma ehtimalını əhəmiyyətli dərəcədə artırır və pandemik virusların mümkün yaranması ilə əlaqədar narahatlıq doğurur”, - araşdırmada deyilir.

 

Report