Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 09:00:00
Xaricdə oxumaq istəyənlərin diqqətinə - Bu ölkələrə qeydiyyat artıq başa çatıb – Mütəxəssis xəbərdarlığı

“Hazırda bu ölkədə “dedlayn”ın (qeydiyyat müddəti) sonuncu turudur. Ümumiyyətlə, tələbə xaricdə təhsil almaq istəyirsə, bunun üçün maksimum tez müraciət etməlidir. Hətta, bəzi ölkələrə müraciət edən tələbələrin sənədləri artıq yanvar ayında hazır olmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında CELT Kolleges Xaricdə Təhsil Şirkətinin nümayəndəsi Həmidə Səfərova deyib. O, hazırda müraciət etmək üçün açıq olan ölkələrin bir neçəsi haqda tələbələrə məlumat verib:

“Hazırda Avropadakı, hətta Almaniyadakı universitetlərin dedlaynları bitmək üzrədir. Bəzi ölkələrdə isə tamamilə bitib. Məsələn, Macarıstan universitetlərinə 15 gün ərzində müraciət olunmalıdır. Eləcə də Almaniyanın əksər universitetlərinə də 15 gün ərzində müraciət olunmalıdır. Amma bu ölkədə sonuncu “dedlayn” 15 iyuldur.  İngiltərənin bəzi ali təhsil müəssisələrində qeydiyyat tamamlanıb. Amma partnyor olan universitetlərə tələbələr yaxın bir ay ərzində müraciət edə bilərlər. Amerikada da eynilə belədir. Türkiyə universitetlərinə isə  avqustadək müraciət etmək mümkündür. İtaliyada dedlayn demək olar ki, bitib. Hazırda gedən isə sonuncu turdur. Latviya və Litvada yalnız bəzi universitetlərdə 15 iyunun dedlaynları qalıb. Yəni əgər tələbə xaricdə təhsil almaq istəyirsə, bunun üçün maksimum tez müraciət etməlidir”.

O, tələbələri təqaüd imkanları haqda da bilgiləndirib:

“Ayrılan büdcə demək olar ki, bu ölkələrin hamısında eynidir. Yalnız Amerika və İngiltərədə bir qədər çoxdur. Avropada, yəni Latviya, Litva, Macarıstan, Polşa kimi ölkələrdə illik büdcə 8000-12 000 avro olsa, bu, tələbəyə tam kifayət edir. Təqaüd tələbənin akademik göstəricilərindən asılıdır. Universitet akademik göstəricilərə əsasən seçilib müəyyən olunur. Yəni, burada əsas rol oynayan akademik göstəricilər və ixtisasdır.

Macarıstanda təqaüd var. Bu, Macarıstan hökümətinin təqüdüdür. “Stipendium Hungarikum” adlanır. Onun birinci mərhələsi Macarıstan höküməti tərəfindən, müsahibə mərhələsi isə Azərbaycan Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Tələbə əvvəlcə Azərbaycan Təhsil Nazirliyinin müsahibəsini uğurla keçir. Paralel olaraq da həm universitet, həm də Macarıstan tərəfi təqaüdü qəbul etməlidir ki,  yəni bu tələbəyə təqaüd verilir. Yəni birinci mərhələ Təhsil Nazirliyinin müsahibəsindən müsbət cavabdır, universitetlər qəbul edir, sonra isə “Stipendium Hungarikum”un cavabını gözləyirik. O da müsbət olsa, tələbə tam təqaüd alır. Bu, tələbənin təhsil haqqını, yaşayış xərcləri və yataqxananı qarşılayır. Amma bu proqramın dedlaynları bu il fevralın 16-ı idi. Həmin proqrama müraciət etmək istəyən tələbənin sənədləri, xüsusilə də sertifikatları yanvar ayında artıq hazır olmalıdır”.

 Onun sözlərinə görə tələb olunan sənədlər ölkələrə görə dəyişir:

“Tələbənin təqdim edəcəyi sənədlər isə universitet və ixtisasa görə fərqlənəcək. Bəzi ölkələr tam fərqli sənəd istəyir. Məsələn, Macarıstan universitetləri bakalavr üçün sağlamlıq haqqında arayış istəyir. Amma digər ölkələrdə bu, yoxdur.  Yəni bu, ölkəyə və universitetə görə dəyişir. Hətta Macarıstanın da bəzi universitetləri bunu istəməyə bilir. Məsələn, tələbə heç bir akademik göstəricisi, hətta İELTS belə olmadan Macarıstana Foundationa gedə bilər. Bu, iyul ayına qədər mümükündür.
Ümumiyyətlə tələbələr İELTS nəticəsi olmadan Foundation proqramına müraciət edə bilərlər. Qeyd edim ki, bunlar çox fərqli və hər situasiyaya görə dəyişən məlumatlardır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları