Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 09:30:00
AMEA prezidenti seçkilərində Akif Əlizadədən başqa kim namizəd olacaq? - İsa Həbibbəylidən AÇIQLAMA 

"Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz iyunun 8-də keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçkilərində Akif Əlizadəyə tam dəstək verəcək".

AzEdu.az xəbər verir ki, bunu trend-ə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın prezidenti seçkilərində hazırkı prezident Akif Əlizadədən başqa namizədlərin irəli sürülüb-sürülməyəcəyinə münasibət bildərərkən deyib.

İ.Həbibbəylinin sözlərinə görə, akademik A.Əlizadə ötən 5 il ərzində AMEA-ya uğurla rəhbərlik edib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, A.Əlizadə Akademiyanı durğunluq dövründən çıxararaq onu islahatlar mərhələsinə çatdırıb, onun rəhbərliyi ilə elmin fundamental və tətbiqi sahələri genişləndirilib, inkişaf edib:

“Mən Akademiyanın üzvü olaraq, yalnız Akif Əlizadənin namizədliyi haqqında düşünürəm. Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz də Akif Əlizadəyə növbəti seçkilərdə tam dəstək verəcək. İnanıram ki, AMEA-nın digər üzvləri də Akademiyanın növbəti 5 il ərzində Akif Əlizadənin rəhbərliyi altında inkişaf etməsini istəyirlər”.

Qeyd edək ki, iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.