Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 09:39:00
Rusiyada koronaya qarşı vaksindən - Son xəbər

Rusiyada COVID-19-a qarşı vaksin vurulmuş könüllülərin sağlamlığında hər hansı mənfi hal aşkarlanmayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin "Krasnaya zvezda" qəzetinə Burdenko adına hospitalın anestezioloq-reanimatoluqu Oleq Çixlyayev deyib.

 

O bildirib ki, COVID-19 əleyhinə vaksin vurulmuş birinci və ikinci qrup könüllülər daim həkim nəzarətindədirlər: "Özlərini yaxşı hiss edirlər, aktiv şikayətləri yoxdur. Onların hərarəti, arterial təzyiqi, nəbzi, tənəffüsü norma daxilindədir. Vaksin testindən sonra könüllülərdə hər hansı arzuolunmaz hal qeydə alınmayıb".

 

Rusiyada koronavirusa qarşı vaksin testi 9 könüllüdən ibarət qrupa ilk dəfə iyunun 18-də vurulub. Beş gün sonra daha 20 nəfərlik qrup eksperimentə cəlb edilib.

Kliniki tədqiqatı gələn ayın sonunda başa çatdırmaq planlaşdırılır.