Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-28 17:09:00
“Qaçaq qoyun”dan dünya rekordu

Avstraliyada beş ildir ki, qırxılmayan “Chris” adlı qoyundan 40 kiloqramdan çox yun alınıb.

 

AzEdu.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, “qaçaq qoyun” paytaxt Kanberra yaxınlığında, Avstraliya Heyvansevərlər Təşkilatının üzvləri tərəfindən tutulub.

 

“The Canberra Times”da yerləşdirilən xəbərə görə, qırxılma nəticəsində qoyundan bir dəfəyə 40 kiloqramdan çox yun alınmasının dünya rekordu olduğu açıqlanıb.

 

“Chris” adlandırılan qoyunu dörd nəfərin köməyi ilə qırxan, 35 illik təcrübəyə malik, qoyun qırxmaq üzrə Avstraliya çempionu olan Elkin indiyədək belə məhsuldar qoyuna rast gəlmədiyini ifadə edib.

 

Qoyundan çıxan yunların uzunluğu 47 santimetr olub.

 

Heyvansevərlər Təşkilatı tərəfindən qorunma nəzarətinə götürülən “Chris”in i yunu qırxıldıqdan sonra çəkisi 44 kiloqram olub.

 

Bu sahədə əvvəlki rekord Yeni Zelandiyada 28,9 kiloqramlıq yun ilə “Big Ben” adlı qoyuna məxsus olub.