Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-28 11:49:00
Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının  üçüncü həftəsi də uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin 8 iyun tarixində başlayan online imtahan sessiyasının üçüncü həftəsi də uğurla yekunlaşıb. Məlumat verdiyimiz kimi, MDU-da cari imtahan sessiyası ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən virtual formatda təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, 8-25 iyun tarixlərini əhatə edən ilk 13 imtahan günündə bakalavriat və magistratura səviyyələrində keçirilən 439 imtahanda ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Qeyd olunan müddət ərzində məsafədən keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələrin və magistrantların iştirakı təmin olunub. İmtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət alıblar.

 

Çoxsaylı güzəştlərin tətbiqi ilə reallaşdırılan online imtahan prosesində MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri və əsasən sonuncu kurs tələbələrindən ibarət “İmtahan könüllüləri” fəal iştirak edirlər.

 

MDU-da yaz semestrinin imtahan sessiyası cari ilin 7 iyul tarixinədək davam edəcək.