Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 17:15:00
"Əgər sentyabrda dərslər başlamasa..." - Rektordan xəbərdarlıq

“Sentyabrdan sonra dərslər açılmasa, biz buna hazır olmalıyıq”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qatıldığı canlı yayımda deyib. O, dərslər başlamadığı təqdirdə tədrisin onlayn davam edəcəyini söyləyib.

 

“Onlayn dərslərin sentyabrda davam etdirilməsinə hazır olmalıyıq. Praqnozlar da bu qiymətləndirməni həyata keçirməyə imkan verir. Biz burada bir çox hədəfləri nəzərdə tuturuq. Müasir tələblərə cavab verən və tələbələrin asan başa düşə biləcəyi tədris materialları hazırlamalıyıq. Universitetin texnoloji imkanlarını yaxşılaşdırmalıyıq. Müxtəlif ssenarilər üzərində işləyirik. Onlardan biri tədrisin evdən müəllimlər tərəfindən aparılmasıdır. Bunun üçün də biz texniki imkanları səfərbər edirik”.

 

Qeyd edək ki, 3 martdan etibarən ölkəmizdə tədris və buna bağlı bütün məsələlər dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları