Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 11:35:00
Münaqişə komissiyasının iclasında 10 müraciətə baxılıb  

Münaqişə komissiyasının 25.06.2020-ci il tarixili iclasında 10 müraciətə baxılıb.

 

AzTU-da AzEdu.az-a verilən məlumata görə, 1 müraciətdə tələbənin imtahan qiyməti artırılıb. 5 müraciətdə tələbələrin imtahan qiymətləri dəyişdirilməyib. 3 müraciətdə tələbələr imtahan nəticəsi ilə razılaşmayıb təkrar imtahan vermək istəklərini bildirdiyindən onlara avqust ayının sonu və ya sentyabr ayının əvvəlində təkrar imtahan vermək  şansı yaradılacaq. Qalan 1 müraciətlə bağlı araşdırmaya ehtiyac olduğundan növbəti iclasa saxlanılıb.

 

Növbəti iclas 29 iyun, saat 14.00-da keçiriləcək.