Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 11:13:00
UNEC İTV “İstiqlal keşikçiləri” mövzusunda konfransa qatılıb

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 102-ci il dönümünə həsr olunan “İstiqlal Keşikçiləri” adlı videokonfrans keçirilib.

 

AzEdu.az  xəbər verir ki, videokonfransda UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli və təşkilatın UNEC Zaqatala filalı üzrə sədri Əli Əhmədzadə də iştirak ediblər. Konfransda çıxış edən İVT sədri Yusif Cəfərbəyli UNEC-in vətənpərvərliyin təbliği ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. Eləcə də 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə UNEC-in birgə təşkil etdiyi “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən mənəvi dəstək aksiyası barədə konfrans iştirakçılarına geniş məlumat verib.