Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-25 15:07:00
Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?-DƏQİQ CAVAB

 

 

Ərizələrin onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

 

Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.  

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək:

  • I yarımil: 1 oktyabr-26 yanvar
  • II yarımil: 1 fevral-31 may
  • 5 gün payız tətili (16-20 noyabr)
  • 5 gün qış tətili (27-31 yanvar)
  • 5 gün əlavə tətil (1-5 may)

Məktəbəhazırlıq qruplarında uşaqların say həddi bu cür müəyyənləşdirilir:

Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

  • Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;
  • Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları