Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 15:51:00
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb-FOTOLAR

 

2020-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

 

 AzEdu.az  xəbər verir ki,  Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfiksiya işləri MDU-nun tədris binalarını, həyətyanı əraziləri, dəhlizləri, auditoriya və laboratoriyaları, inzibati otaqları, idman zalını, kitabxanaları, sanitar qovşaqları və digər köməkçi tikililəri əhatə edib.

 

Qeyd edək ki, MDU-da növbəti dəfə keçirilən tədbir Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilib. Tibbi-profilaktik və dezinfeksiya işləri ilə yanaşı MDU kollektivi arasında virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri də davam etdirilir.