Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 14:26:00
"Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020" konfransının qalibləri müəyyən olundu

 Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları çərçivəsində “Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfransın qalibləri bəlli olub.

 

  AzEdu.az  xəbər verir ki, iki gün davam edən konfrans “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri”, “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı”,  “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi” mövzularını əhatə edib. 

 

 Konfransa Azərbaycanın 10-a yaxın təhsil müəsissəsindən - ADA, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Xəzər, Sumqayıt Dövlət, Azərbaycan Texnologiyalar universitetlərinin, Milli Aviasiya Akademiyasının, AMEA İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarından tezislər təqdim olunub.

 

“İnformasiya, Ölçmə, Mexatronika və İdarəetmə Sistemləri” konfransında hər üç yerin qalibi (1, 2, 3) Bakı Ali Neft Məktəbi olub. Ali Məktəbin tələbələri Hacəli Bayramov I, Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli, Şəms Əliyeva II, Fərid Həmidov isə III yerin qalibi olub.

 

“Sistemli Analiz, Modelləşdirmə və Verilənlərin Emalı” mövzusunda konfransda I və II yerlərdə Bakı Ali Neft Məktəbi, III yerdə isə ADA Universiteti qərarlaşıb.

 

“Sənaye Şəbəkələrində İnformasiya Təhlükəsizliyi  və Kibertəhlükəsizliyin Problemləri” mövzusunda konfransın qalibi Bakı Ali Neft Məktəbi, II və III yerin sahibi isə AMEA İnformasiya Texnologiyaları İnstitutu olub.

 

“İrihəcmli Verilənlərin, Maşınla Öyrətmənin və Süni-İntellektin Sənayedə Tətbiqi” I və II yer ADA Universiteti, Bakı Ali Neft Məktəbi III yerin qalibi olub.

 

 Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları 8-11 iyun tarixlərini əhatə edib.