Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 11:39:00
Azərbaycanda ilk dəfə AzTU müəllimi Almaniyanın nüfuzlu doktorantura təqaüdünü qazanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) gənc müəllimi İlqar Abbasov Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) ”3+1 illik“ (3 maksimum 4 illik) təqaüdünü qazanıb.

 

AzEdu.az xəbər verir ki, o,  təqaüd proqramı çərçivəsində Almaniyanın Brandenburq Texniki Universitetinin İnformatika və Mühəndislik İnstitutunda “Rəqəmli proqramla idarə olunan torna dəzgahlarında elektrik enerjisi istehlakının azaldılması” mövzusu üzrə doktorantura təhsili alacaq.

 

İlqar Abbasov maşın mühəndisliyi ixtisası üzrə bu təqaüdü qazanan ilk və yeganə azərbaycanlıdır. Təqaüd proqramı çərçivəsində onun yaşayış və təhsil xərcləri Alman Akademik Mübadilə Xidmətinin maliyyəsi hesabına ödəniləcək.

 

Qeyd edək ki, İlqar Abbasov AzTU-nu 2011 ci illərdə bakalavriat, 2014 cü ildə isə magistratura səviyyəsində fərqlənmə ilə bitirib. 2014 cü ildə Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidmətinin) “Gənc tədqiqatçılar” təqaüdünü qazanan 4 azərbaycanlıdan biri olub. İki il müddətində Almaniyanın Frayberq Dağ-Mədən Akademiyasının “Maşınqayırma, konstruksiya və istehsal sahələri” fakultəsində tədqiqatçı kimi çalışıb. 2016-ci ildən AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının müəllimidir.