Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 09:49:00
Rusiyada koronavirusa qarşı hazırlanan peyvənd iki il təsir göstərəcək

NASA-nın Mars üçün inkişaf etdirdiyi helikopterin artıq uçuşa hazır olduğu açıqlanıb.

 

AzEdu.az  xəbər verir  ki, Ingenuity adı verilən helikopter iyulda Marsa göndəriləcək.

 

Elm adamlarının Marsda həyatın varlığını araşdırmalarının bir nəticəsi hesab edilən helikopterin NASA-nın ən müasir texnoloji cihazlarından biri olduğu deyilir.

 

NASA-nın baş direktoru Jim Bridenstine məsələ ilə bağlı təşkil edilən mətbuat konfransında son hazırlıqların tamamlandığını və gerçəkləşdiriləcək bu uçuşun insanlıq tarixində ilk dəfə başqa planetdə həyata keçiriləcəyindən dolayı çox həyəcanlı olduqlarını vurğulayıb.

 

Qeyd edib ki, helikopterin Marsdakı uçuşunun uğurlu olması cihazı başqa planetlərdə istifadəsinə də zəmin yaradacaq.

 

Bundan başqa, bildirilib ki, helikopter Marsa ümumilikdə üç dəfə uçuş yerinə yetirəcək. İyulun 20-də start veriləcək missiya avqustun 11-nə qədər davam edəcək.