Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 17:53:00
Bakı Dövlət Universitetinin professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu ingilis dilində “CRISPR/Cas9 sisteminin səmərəli çatdırılması üçün nanohissəciklərin istifadəsi” adlı məqalə “Nano Today” beynəlxalq jurnalında dərc olunub.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, “Nano Today” nanotexnologiyalar sahəsində dünyanın məşhur jurnallarından biridir və impakt faktoru 16.582-dir. Tədqiqat Azərbaycan alimlərinin “Nano Today” jurnalında ilk nəşridir. Məqalə İran, ABŞ, Türkiyə, Yaponiya və Azərbaycandan olan tədqiqatçıların beynəlxalq əməkdaşlığının nəticəsidir.

 

Məqalədə CRISPR/Cas9 sistem komponentlərinin nanomateriallar vasitəsilə çatdırılmasında son nailiyyətlərə baxılıb və gələcək problemlərin həlli istiqaməti göstərilib.