Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 15:11:00
AzTU-da bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi başlayıb

Bu gündən etibarən Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin onlayn müdafiəsi başlayıb. 

 

AzEdu.az xəbər verir ki, ilk iclasda universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin müdafiədə iştirak edən 5 tələbəsinin hər biri “əla” qiymət alıb. 

 

Dövlət Attestasiya Komissiyasının (DAK) sədri, Müdafiə Sənayesi Nazirliyi “Şərq” Elm-istehsalat birliyinin “İqlim Elm-istehsalat müəssisəsi” MMC-nin direktoru Sabir Abbasov və komissiyanın üzvləri müdafiə prosesinə qoşulub, tələbələrə buraxılış işi ilə bağlı suallar ünvanlayıb. 

 

Onlayn müdafiəni AzTU-nun rektoru Vilayət Vəliyev, dekanlığın və kafedranın əməkdaşları “ZOOM” platforması üzərindən canlı izləyib.