Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 15:00:00
“Qrant müsabiqə iştirakçıları apelyasiyaya müraciət edə bilər”- Nazirlik rəsmisi

“Hörmətli təhsil işçiləri

 

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri elan edildikdən sonra mənə çoxlu sayda müraciətlər olur və layihələrin qalib olmama səbəbi soruşulur.

 

İlk 3 qrant müsabiqəsinin təşkilində yaxından iştirak etdiyim üçün bəzi şəxslər hələ də mənim bu sahəyə məsul olduğumu düşünürlər. Qeyd edim ki, artıq mən bu müsabiqənin təşkili məsələləri ilə bir başa məşğul deyiləm”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib. O, həmçinin iştirakçılara apelyasiya hüququ barədə də informasiya verdi:

 

“Əziz müəllimlər müsabiqənin keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarına əsasən hər bir müsabiqə iştirakçısı müsabiqənin nəticələri ilə bağlı apelyasiya vermək hüququna malikdir. Apelyasiya zamanı Siz layihənizin hansı meyarlara uyğun olub-olmaması haqqında daha dəqiq məlumat əldə edə bilərsiniz və bu da sizin gələcəkdə yazacağınız layihə təklifləri zamanı yaxşı öyrənmə materialı ola bilər.

 

 Zəhmət olmasa nəzərə alın ki, bu bir müsabiqədir və hər bir müsabiqədə qaliblərlə yanaşı iştirakçılarda olur. Əsas olan iştirak edib öyrənməkdir. Eyni zamanda hər il müsabiqədə rəqabət daha da güclənəcək və faiz etibarı ilə daha az sayda müraciətçinin layihələri qalib olacaq. Bunun üçün də, Siz daha çox öyrənib, daha innovativ və inkişafa yönəlik fikirlər ortaya qoymalısınız.

 

Hər birinizə bir daha uğurlar”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları