Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 12:41:00
Moskva Dövlət Universitetinin Bakı filialında magistraturaya qəbul imtahanı üçün qeydiyyatın vaxtı uzadılıb

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında magistraturaya qəbul imtahanı üçün qeydiyyatın vaxtı iyunun 30-u saat 12:00-dək uzadılıb.

 

AzEdu.az Moskva Dövlət Universitetinin Bakı filialının saytına istinadla xəbər verir ki, magistraturaya ərizə qəbulu elektron formada aparılır. Ərizə formasını Bakı filialının saytında http://msu.az və ya Dövlət İmtahan Mərkəzinin saytında http://dim.gov.az/ doldurmaq mümkündür.