Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 12:27:00
“Virtual məktəb”də STEAM təhsili üzrə vebinar: Kiçik kimyagər

“Virtual məktəb”də şagirdlər üçün STEAM təhsili üzrə keçirilən vebinarın bu həftə üçün mövzusu “Kiçik kimyagər” adlanır.

 

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AzEdu-a bildirilib ki, vebinarda radioaktiv elementlər, ətrafımızdakı kimya, qazların, vitaminlərin və sair kimyəvi tərkibi, sabunların kimyəvi təhlilinin araşdırılması, maraqlı kimyəvi təcrübələr mövzuları müzakirə olunacaq. Sonda isə maraqlı müsabiqənin qalibləri müəyyən olunacaq.

 

Maraqlananlar iyunun 24-ü saat 17:00-da vebinarı canlı şəkildə izləyə bilərlər.