Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 10:12:00
Azərbaycan Memarlıq və İnşaat Universitetinə infotur təşkil olunacaq

İyunun 24 də saat 14:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinə virtual infotur təşkil olunacaq.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, virtual infoturun keçirilməsində məqsəd abituriyentlərə ixtisas və universitet seçimlərində yaxından kömək göstərmək, onların rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndəliyi vasitəsilə öz suallarına cavab tapmasına şərait yaratmaqdır. Həmçinin ali təhsil müəssisəsinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün şərait və imkanları abituriyentlərə təqdim etməkdir.

 

Xatırladaq ki, “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə iyunun 30-dək davam edəcək.