Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 09:48:00
Bakı Dövlət Universitetində gənc tədqiqatçıların virtual elmi konfransı keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə iyunun 24-də “Şərq filologiyası məsələləri” mövzusunda gənc tədqiqatçıların virtual elmi konfransı keçiriləcək. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr ediləcək.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlanacaq. Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 23-ü saat 17:00-dək [email protected]  ünvanına müraciət edə bilərlər.