Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 16:14:00
Koronavirus dünya təhsilinin zəif nöqtələrini  üzə çıxardı -Beynəlxalq təşkilat

“Koronavirus alman təhsil sisteminin zəif nöqtələrini ortaya çıxardı”.

 

AzEdu.az alman mediasına istinadən xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil direktoru Andreas Şleyxer söyləyib.

 

Mütəxəssis Almaniya təhsil müəssisələrinin çatışmazlıqlarından bəhs edib.

 

Andreas Şleyxer alman məktəblərində müstəqilliyin olmamasını bu ölkənin təhsil sisteminin ən zəif tərəfi olduğunu qeyd edib:

 

“Alman məktəblərində müəllimləri özünütəhsilə təşviq edən bir mədəniyyət yoxdur. Bu əskiklik koronavirus dönəmində özünü daha da biruzə verdi”

 

“Aydındır ki, Almaniyada müəllimlərin dərs saatları digər ölkələrə nisbətən daha çoxdur. Ancaq tədris sistemində yaradıcılıq baxımından çatışmayan cəhətləri də həddindən artıqdır.  Bu ölkədə müəllimlərin öz təhsil istiqamətlərini inkişaf etdirmək, həmçinin şagirdlərlə məktəbdənkənar vaxt keçirmək üçün daha az zaman və azadlıqları var”, - deyə  təhsil mütəxəssisi sözlərinə əlavə edib.

 

OECD rəsmisi Andreas Şleyxerin fikrincə, son bir neçə ay göstərdi ki, Almaniyada distant təhsil üçün hələ də infrastruktur çatışmazlığı var:

 

“Hər şeydən əvvəl, müəllimlər onlayn təhsilə hazır deyildilər. Bu səbəbdən Almaniya məktəbləri təcili surətdə ənənəvi təhsilə keçid etməlidir. Əksi təqdirdə, bu Avropa ölkəsinin təhsili beynəlxalq səviyyədə digər dövlətlərlə müqayisədə geridə qalacaq”.