Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 15:35:00
UNEC-də distant dərslərin metodikası üzrə araşdırma aparılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin təşkilinin alternativ ssenariləri hazırlanır və qısa müddətdə müzakirə ediləcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, sistemdə dəyişikliklər, əlavələr və təkmilləşdirmələr aparılır. Distant dərslərin metodikası və bununla bağlı dünyada ən qabaqcıl təcrübə araşdırılır. Qeyd edilənlər yeni tədris ilində tətbiq olunacaq.