Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 15:23:00
Hədəf STEAM  liseyi kollektivi şagirdlərini evlərində ziyarət etdi- FOTOLAR

 Bildiyimiz kimi, COVİD19 pandemiyası ilə əlaqədar olaraq, bu il mart ayından etibarən liseyin dərsləri onlayn şəkildə keçirilmiş, şagirdlər öz doğma  məktəblərindən,  müəllimlərindən uzaq qalmışlar.

 

 AzEdu.az  xəbər verir ki, tədris ilinin yekunlaşması münasibəti ilə lisey kollektivi- rəhbərlik və sinif rəhbərlərindən ibarət komandalar şəklində Bakı şəhərinin dörd bir yanında yaşayan şagirdlərinə  onlar üçün hazırladıqları hədiyyələri çatdırmışlar. Yay tətilinin səmərəli keçilməsini təmin etmək məqsədi ilə hər sinfin yaş və anlaq səviyyəsinə uyğun seçilmiş kitablar, jurnal, direktorun şagirdlərə ünvanlanmış  məktubu və digər ləvazimatlar  vasitəsi ilə lisey kollektivi doğma şagirdlərinə sevgi və özləmlərini  ifadə ediblər.

 

Həmçinin, lisey kollektivi öz şagirdlərinə müraciət edərək bildirib:

 

“Əziz Hədəf liseyi şagirdləri, hər biriniz bizim üçün dəyərlisiniz! Sizə xoş istirahətlər və xoş mütaliələr arzu edirik! Bu çətin günlərin tez bitməsini və Sizi yenidən məktəbdə görməyi ümid edirik!”

 

Onu da qeyd edək ki, Hədəf  STEAM liseyi hədiyyələrin çatdırılma və hazırlanma prosesində təşkilati dəstəyə görə iki ildir əməkdaşlıq etdiyi “Hey servis” kollektivinə, “Hədəf Nəşrlərinə”, “SINkod.az” və “Kitabevim.az” mağazalar şəbəkəsinə dərin minnətdarlığını bildirib.