Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 11:50:00
“Azərbaycan dili” fənnindən imtahan verəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər  

Rus bölməsinin abituriyentləri "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

AzEdu.az xəbər verir ki, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=53 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.