Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 11:11:00
Yerdəyişmə etmək istəyən müəllimlərin nəzərinə: Karantinlə əlaqədar bu sənəd tələb olunmayacaq

21 iyun 5 iyul tarixlərində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar yerdəyişmə müsabiqəsində vakant yer tutmuş müəllim namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.

 

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumat əsasən, namizədlər şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyəcəklər. Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 

 

Təhsil haqqında sənəd və ona əlavəni şəxsi səhifəyə yükləmək üçün son tarix isə 1 iyuldur.