Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 10:23:00
Memarlıq və İnşaat Universitetində magistrantların onlayn imtahanları başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələrinin onlayn imtahanlarına start verilib.

 

Universitetin Magistratura mərkəzindən AzEdu.az-a bildirilib ki, 2019/2020-ci tədris ilinin yaz semestrində 42 qrup üzrə 200 magistrant 20 fəndən imtahan verəcək. Birinci kursda oxuyan magistrantların 9 imtahanı layihələr şəklindədir və tələbələr onu onlayn formada təqdim edəcəklər.

 

İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi də yaxın günlərdə reallaşacaq. Hazırda dissertasiya işlərinin onlayn müdafiəsinə hazırlıq gedir. 247 nəfər 2-ci kurs magistrant dissertasiya işinin müdafiəsinə buraxılacaq.