Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 09:59:00
UNEC tələbələrinə maddi yardım edilib və 5G internet paketi təqdim olunub

UNEC-in sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrinə maddi yardımlar edilib və internet problemi olan tələbələrin 5 GB həcmində internet tarif paketi xərci ödənilib.

 

UNEC-dən AzEdu.az-a verilən  məlumata görə,  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə edilən yardımın məqsədi koronavirus (COVİD-19) pandemiyası dövründə tələbələrin sosial durumunu daha da yaxşılaşdırmaq və imtahanlarını daha rahat şəkildə vermələri üçün şərait yaratmaq olub.