Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-21 09:50:00
Koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlanıb - FOTO

Sauthempton Universitetinin britaniyalı alimləri koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlayıblar.

 

AzEdu.az-ən məlumatına görə, bu barədə “Daily Mail” xəbər yayıb.

 

Cihazın xəstəliyin erkən mərhələsində (ilk simptomları başlandıqdan sonra 72 saat ərzində) terapiya üçün nəzərdə tutulduğu qeyd olunur. Tədqiqat müəlliflərinin fikrincə, müalicəyə vaxtında başlanılsa, ölüm də daxil olmaqla ən ağır fəsadların qarşısını almaq mümkün olar.

 

İnhalyatorda nəfəs aldıqda xəstənin ağciyərlərinə düşən və immunitet sisteminin infeksiyaya qarşı mübarizə aparmasına imkan yaradan eksperimental dərman var.