Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-20 18:12:00
Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək.

AzEdu.az Trend-ə istinadən xəbər verir ki, bu ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Bu ərazilərdə keçirilən imtahanların da dayandırılmasına qərar verilib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir.