Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-20 18:00:00
BDU-da onlayn imtahan sessiyasının ikinci həftəsinə yekun vurulub
Bqkı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub.
 

AzEdu.az xəbər verir ki, iyunun 19-da bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4606 (268 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 70 ixtisaslaşmada 62 fənn üzrə 237 magistrant imtahan verib.
 
 
BDU-nun Qazax flialında isə 472 tələbə imtahanlarda iştirak edib.
 
 
İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
 
 
Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
 
 
BDU-da yay semestrinin imtahan sessiyası artıq ikinci həftədir ki davam edir, sessiya iyulun 10-da yekunlaşacaq.
 
 
Bu həftə ərzində BDU-da bakalavriat pilləsində təhsil alan 641 qrup üzrə 13745 tələbə, magistratura pilləsində 287 ixtisaslaşmada 230 fənn üzrə 976 magistrant, BDU-nun Qazax flialında isə 1571 tələbə imtahanlarda iştirak edib