Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 10:16:34
65 yaşlı müəllim niyə intihar etdi? – Təhsil Şöbəsindən açıqlama

“65 yaşlı müəllim ağrılarına dözə bilmədiyindən intihar edib”.

Bu sözləri Azdu.az-a açıqlamasında İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov deyib.

Onun sözlərinə görə, Xanım Cəfərovanın çalışdığı məktəbdə heç bir problemi olmayıb:

“Hazırda müəllimlərin aldıqları əməkhaqqı kifayət qədər yaxşıdır. Xanım Cəfərova İbtidai sinif müəlliməsi idi və yaxşı əməkhaqqı alırdı. Məktəbdə hər hansısa probleminin olmasıyla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bizdə olan məlumata görə sümüklərində ciddi xəstəlik olub. Bu səbəbdən də ağrıya dözə bilmədiyi üçün intihar edib”.

Qeyd edək ki, İmişli şəhərindəki 1 saylı orta məktəbin 65 yaşlı müəllimi Xanım Qanı qızı Cəfərova yaşadığı mənzildə sirkə turşusu içməklə intihar edib. Müəllimin həyat yoldaşı bazardan evə qayıdarkən onu huşsuz vəziyyətdə aşkarlayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdısa da, gec olub. O zəhərlənmədən dünyasını dəyişib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma davam etdirilir. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları