Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-19 16:18:00
Müəllimlər üçün pandemiya dövrünə aid ən vacib tövsiyələr - Bunlara mütləq diqqət edin

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da müəllimlərin ənənəvi  təhsildən onlayn təhsilə keçidi çox qısa  müddətdə baş verdi.

 

Müəlimlərin çoxu  əvvəlcə şagirdləri dərslərə cəlb etmək üçün  normal, gündəlik proqramları üzrə davam etsələr də, sonradan aydın oldu ki, bu, yanlış sistemdir.

 

Çünki hazırkı durumumuz o qədər də normal deyil. Bu, bir böhrandır və eyni yolu tutmaq cəhdləri heç də həmişə işə yaramır. Beləliklə, təhsilverənlər öz istiqamətlərini dəyişdirmək üçün təhsil və təlim fəlsəfələrini gözdən keçirməli və mövcud şəraitə uyğunlaşdırmalıdırlar.

 

AzEdu.az müəllimlərin pandemiya dövründə öz təhsil fəlsəfələrini necə müəyyənləşdirmələri haqqında yazını təqdim edir:

 

Təhsil və tədris fəlsəfəsi

 

Təhsil fəlsəfəsi  tədris və öyrənmədə vacib olan şeylərə dair inanclarınız,  düşüncələrinizin ifadəsidir. Həmçinin, necə və niyə müəllim olduğunuzun təsviri olaraq ümumiləşdirilə bilər.

 

Təhsil fəlsəfəsindəki bəzi standart ifadələr – “Sinifdəki fərqlilik hər bir şagirdin müvəffəq olmasına kömək edir”, “Dərsin davametmə sürəti şagirdlərin davranış problemlərini minimuma endirir” - müəllimlərin necə fəaliyyət göstərdiyini izah edir.

 

Bəs bir böhranla qarşılaşdıqda müəllimlərin öz fəlsəfələrini hər cəhətdən tətbiq etmələri mümkündürmü? Təbii ki, xeyr.

 

 Bu səbəbdən öz istiqamətinizə nəzər yetirməli və bəzi dəyişikliklər etməlisiniz. Konsepsiyanızın ana xəttini “inanıram” sözü təşkil etməlidir. Çünki hər hansı yeni şey hazırlaya bilərsiniz, ancaq bunun nə üçün lazım olduğunu anlamaq şagirdlərin uğur qazanmasında çox mühüm rol oynayır. Buna görə istiqamətinizi başa düşmək vacibdir.

 

İkinci əsas fikir müddətlə bağlıdır: “Şagirdləri məqsədə aparan yol həmin məqsəddən daha önəmlidir”.

 

Sonuncusu isə münasibətlərlə bağlıdır: “Bütün səylərə baxmayaraq, şagirdlər məktəbdə bir-birləri və müəllimləri ilə əlaqə qura bilmirlərsə, öyrənmə çətinlikləri ola bilər”. Bir sözlə, münasibət vacibdir.

 

Bu bilgilər sizə müəllimlik həyatınızda rəhbərlik edə bilər. Koronavirusa görə yaranmış böhran dövründə müəllimlər öz təhsil fəlsəfələrini yenidən nəzərdən keçirə və aşağıdakı sualları özlərinə ünvanlandıra bilərlər:

 

Etibarlılıq – Planlarınız və istifadə etdiyiniz proqram təhlükəsizdirmi?

 

Qeyri-adekvatlıq – Hazırda olduğunuz şəraitdə nələri edə bilməzsiniz?

 

Uyğunluq Planlarınız mövcud duruma uyğundurmu?

 

Yaradıcı və praktik olmaq həm yaradıcı, həm də praktik olaraq fəlsəfənizə sadiq qala bilərsinizmi?

 

Davamlılıq – Həyata keçirdiyiniz işlərin uzun müddət davamlılığını təmin etməyiniz mümkündürmü?

 

Beləliklə, bütün bu sualları özünüzə verməklə istiqamətinizi müəyyənləşdirə və pandemiya dövründə işinizi daha da asanlaşdıra bilərsiniz.